Bəhreyndə siyasi məhbuslar ölümlə üz-üzədirlər

Bəhreyndə siyasi məhbuslar ölümlə üz-üzədirlər

Bəhreynin "Əl-Vifaq" cəmiyyəti ölkədəki həbsxanalarda siyasi məhbuslarla bağlı məlumat yayıb

Rasthaber eastnews-a istinadlı verdiyi xəbərə görə, Bəhreynin "Əl-Vifaq" cəmiyyəti ölkədəki həbsxanalarda siyasi məhbusların hazırda olduğu vəziyyətlə bağlı açıqlama yayıb.  

Cəmiyyətdən verilən açıqlamada vurğulanıb ki, bu gün Bəhreyn həbsxanalarında yüzlərlə siyasi və vicdan məhbusu çox pis şəraitlərdə saxlanılırlar.  

"Koronavirus pandemiyasına yoluxan siyasi və vicdan məhbuslarına lazım olan diqqət ayrılmır. Onlar hər an ölümlə qarşı-qarşıya qalıblar", - deyə açıqlamada diqqətə çatdırılıb.  

Qeyd olunub ki, əgər beynəlxalq qurumlar məsələyə müdaxilə etməsələr, baş verən ölümlərə görə onlar da məsuliyyət daşıyacaqlar. 

Xəbəri paylaş

VİDEOLAR