Bəhreynin müxtəlif bölgələrində Bəhreyn və Səudiyyə rejimlərinə qarşı aksiya keçirilib.
Rasthaber Azərbaycan xəbər verir ki, Bəhreynin müxtəlif bölgələrində Bəhreyn və Səudiyyə rejimlərinə qarşı aksiya keçirilib.
Bəhreyn mediası aksiyaların əd-Dair, Karzakkan, Karana, əl-Meamir, Sar, Əbu Sabii, Şahura, Sanabis və əl-Navidrat bölgələrində keçirildiyini yazıb.
Aksiya iştirakçıları siyasi məhbusların azad edilməsi, onların içində çox sayda xəstələrin, xüsusilə koronavirusa yoluxanların tibb məntəqələrinə köçürülməsini istəyiblər.
Bir müddət öncə bəzi KİV sivil aksiyalara qatıldıqları üçün çox sayda siyasi məhbusun ailə üzvünün həbs edildiyini yaymışdılar.
Bundan başqa aksiya zamanı nümayişçilər 2011-ci ildən başlayan və xalq hərəkatına çevrilən müxalif mövqelərini bir daha bəyan ediblər.