Bəhreyndə Ali Xəlifə rejiminə və İsraillə sazişə qarşı aksiyalar keçirildi

Bəhreyndə Ali Xəlifə rejiminə və İsraillə sazişə qarşı aksiyalar keçirildi

Bəhreynin müxtəlif şəhər və qəsəbələri 14 fevral inqilabının başlanmasının 11-ci ildönümü münasibətilə və sionist rejimin baş nazirinin Bəhreynə səfərini pisləmək məqsədilə kütləvi nümayişlərə səhnə olub.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Bəhreynin bir çox şəhər və qəsəbələri bu gün və dünən, 2011-ci il fevralın 14-də başlanmış Bəhreyn inqilabının 11-ci ildönümündə "Haqq yolunda birləşin" şüarı ilə xalq nümayişləri və dinc yürüşlərin şahidi olub.

"Manama Post"un məlumatına görə, nümayişçilər Bəhreyndə hakim rejim əleyhinə şüarlar səsləndirərək, siyasi məhbusların azad edilməsini və xalqın öz müqəddəratını təyinetmə hüququnu, Bəhreyn xalqının bütün çalarları və qrupları arasında ədalət və bərabərliyə nail olan siyasi sistemin yaradılmasını tələb ediblər.

Manama, Əl-Müsəlla, Bəni Cəmrə, Əl-Diyə, Cid Həfs, Əl-Sənabis şəhərlərində nümayişçilər, həmçinin Bəhreyn inqilabı şəhidlərinin qanı ilə əhd-peymanlarını təzələyib və 14 fevral inqilabının qanuni siyasi məqsəd və hüquqlarına sadiq olduqlarını vurğulayıblar.

Xəbəri paylaş

VİDEOLAR