Bəhreyn zindanlarında saxlanılan Din Alimi Ali Xəlifə rejiminin əfv təklifini rədd edib

Bəhreyn zindanlarında saxlanılan Din Alimi Ali Xəlifə rejiminin əfv təklifini rədd edib

Şiə din alimlərindən biri, azad edilmsi üçün ona təqdim olunan Ali Xəlifə rejiminin "əfv təklifi"ni rədd edib.

Rasthaber Azərbaycan xəbər verir ki, Bəhreyn zindanlarında saxlanılan ən nüfuzlu Şiə din alimlərindən biri, azad edilmsi üçün ona təqdim olunan Ali Xəlifə rejiminin "əfv təklifi"ni rədd edib.
Ömürlük həbs olunan Bəhreyndə "Haqq hərəkatı"nın baş katibi və Ali Xəlifə rejiminə qarşı ən güclü müxalif lideri Həsən Maşima ona təklif olunan əfvlə azad edilməsini qəbul etməyib.
Bu barədə o açıqlama verib.
Açıqlamada "Həbsxana böyük bir acıdır, amma insan Allaha özünü təslim edərsə, çətinlik və acı onun üçün asan olar. Çox sayda səbrli və təvəkkül əhli möminlər zindandadırlar, İnşallah mən də onlardan biri olaram. Əzizlərimdən hələ ümidli olmalarını və Allahın rəhmətindən ümid kəsməmələrini istəyirəm.", -deyə deyilir.
 Həsən Maşima ona təklif edilən "alçaldıcı şərtli azad olma" ilə "zindanda qalmaq" arasında seçim təqdim ediləcəyi təqdirdə, şübhəsiz həbsxananı sevimli olacağını önə çəkib.

Xəbəri paylaş

VİDEOLAR