Bəhreyn və İran münasibətləri normallaşdırmaq üçün danışıqlara başlayacaq

Bəhreyn və İran münasibətləri normallaşdırmaq üçün danışıqlara başlayacaq

Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid Əl-Zəyani ilə İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani arasında Tehranda keçirilən görüşdə ölkələr arasında normallaşma prosesinin başlanması ilə bağlı razılıq əldə olunub.

Az.rasthaber.com "Report"a istinadən xəbər verir ki, bu barədə Bəhreynin dövlət xəbər agentliyi məlumat yayıb.

Görüşdə tərəflər iki ölkə arasında danışıqlara başlamaq üçün lazımi mexanizmləri yaratmaq və siyasi münasibətləri bərpa etmək yollarını araşdırmaq qərarına gəliblər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2016-cı ildə İran ilə diplomatik əlaqələri dayandırdıqdan bir gün sonra Manama da Tehranla diplomatik əlaqələri kəsib.

Xəbəri paylaş

VİDEOLAR