Bəhreyn də İsrail ilə əlaqələrini rəsmiləşdirir

Bəhreyn də İsrail ilə əlaqələrini rəsmiləşdirir

Bəhreyn və İsrail ABŞ-ın vasitəçiliyi ilə diplomatik münasibətlər qurmaq barədə razılığa gəlib.

Rasthaber xəbər verir ki, Bəhreyn və İsrail ABŞ-ın vasitəçiliyi ilə diplomatik münasibətlər qurmaq barədə razılığa gəlib.

Bu barədə ABŞ prezidenti Donald Trampın özünün “Twitter” səhifəsində paylaşdığı birgə bəyanatda deyilir.

“ABŞ prezidenti Donald Tramp, Bəhreyn kralı şeyx Həməd bin İsa əl-Xəlifə və İsrail Baş naziri Binyamin netanyahu bu gün (11 sentyabr) keçirilən telefon danışığı çərçivəsində İsrail və Bəhreyn arasında tamdəyərli diplomatik münasibətlərin qurulması barədə razılıq əldə ediblər”, – deyə bildirilib.

Qeyd edilir ki, Bəhreyn krallığı Trampın 15 sentyabrda Ağ Evdə keçiriləcək İsrail və BƏƏ arasında münasibətlərin tam normallaşdırılmasına dair sazişin imza mərasimində iştirak dəvətini qəbul edib.

Xatırladaq ki, bir çox ərəb ölkəsinin İsrail ilə gizli əlaqələri mövcuddur.

Xəbəri paylaş

VİDEOLAR