Beyrutda İran təyyarələrinin Livana qaytarılması məsələsi müzakirə olunub

Beyrutda İran təyyarələrinin Livana qaytarılması məsələsi müzakirə olunub

İranın Beyrutdakı səfiri Müctəba Emani Livanın əmək naziri Məhəmməd Hayder ilə görüşüb. Görüş zamanı İran təyyarələrinin Livana qaytarılması məsələsi müzakirə olunub.

Az.rasthaber.com xəbər verir ki, İranın Beyrutdakı səfiri Müctəba Emani Livanın əmək naziri Məhəmməd Hayder ilə görüşüb.

Təsnim Xəbər Agentliyinin məlumatına görə, İran səfiri və Livanın əmək naziri Livanda iş imkanlarını, xüsusən də ölkənin yenidən qurulması prosesi zamanı müzakirə ediblər. Görüşdə iki ölkə arasında əməkdaşlıq müqavilələri və İran təyyarələrinin Livana qaytarılması da müzakirə edilib. Livanlı nazir bu məsələnin Nazirlər Şurasının məsuliyyətində olduğunu və məsələni təqib edəcəklərini bildirib.

Livan prezidenti Cozef Aunun Livanın baş naziri Navaf Salam və müvafiq nazirlərlə keçirdiyi görüşdə İrana uçuşların dayandırılmasının uzadılması qərara alınıb.

Bəyanatda; Livan və İran arasında uçuşların nə qədər müddətə dayandırılacağı barədə məlumat verilməyib.

Livan prezidenti iddia edib ki, İran təyyarələrinə qarşı görülən tədbirlər bu təyyarələrə tətbiq edilən sanksiyalarla əlaqələndirilib.

Xəbəri paylaş

VİDEOLAR