Beyrut Hava Limanı Hizbullahın nəzarətində İsrail hücumları zamanı qətlə yetirilən Seyid Nəsrullah və Seyid Səfiudinin dəfn mərasimi üçün gələnləri qarşılamağa hazırlaşır.
Az.rasthaber.com xəbər verir ki, Beyrut Beynəlxalq Hava Limanı yaxın saatlarda Hizbullah-ın baş katibləri Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiudinin dəfn mərasimi üçün gələn livanlı, ərəb və xarici qonaqların intensiv axınına şahid olacaq.
Middle East Airlines şirkəti hava limanında artan sərnişin axını ilə bağlı işçilərinə xüsusi təlimat verib. Eyni zamanda, bir neçə aviaşirkət cümə günündən etibarən Beyruta əlavə reyslər təşkil edəcəyini elan edib, – “Əl Mənar” bildirir.
Ötən illərdən fərqli olaraq, bu dəfə hava limanında misli görünməmiş sıxlıq müşahidə olunur. Gecə saatlarından etibarən bazar günü keçiriləcək mərasimə qatılmaq üçün minlərlə insanın ölkəyə gələcəyi gözlənilir. Hazırda hər şey sakit görünsə də, böyük tədbirə hazırlıq çərçivəsində hərəkətliliyin daha da artacağı gözlənilir.
ABŞ-ın istəyinə və təzyiqlərinə baxmayaraq, Beyrut Hava Limanında Hizbullah öz idarəetməsini davam etdirir və təşkilati işlər tam nəzarət altında aparılır.