Bütün dünya üzrə fevralın 1-də qeyri-rəsmi qeyd olunan Beynəlxalq hicab günü Filippində milli bayram elan edildi.
Rasthaber Azərbaycan Rusiya KİV-inə istinadla xəbər verir ki, Filippinin Nümayəndələr Palatası bu təşəbbüsün lehinə yekdilliklə səs verib. Artıq hər il fevralın 1-i ölkədə “Milli hicab günü” kimi qeyd olunacaq.
Bu günlərdə bütün ölkə ərazisində müsəlman baş örtüyünə həsr olunan tədbirlərin keçiriləcəyi planlaşdırılır. Bu tədbirlərə dini inancından asılı olmayaraq hər kəs qatıla biləcək.
Qeyd edək ki, ilk dəfə hicab günü 2013-cü ildə Nyu-Yorkdan olan müsəlman qadın Nazma Xanın təşəbbüsü ilə qeyd olunub. Əvvəlcə məhdud çərçivədə qeyd edilən bu gün, zaman ötdükcə bütün planetdə əlamətdar günə çevrilib.