Berlində koronavirus məhdudiyyətlərinə qarşı etirazlar başladı - FOTO

Berlində koronavirus məhdudiyyətlərinə qarşı etirazlar başladı - FOTO

Hökumətin COVID-19 siyasəti Berlində minlərlə insanın etiraz aksiyasına səbəb olub.

Rasthaber xəbər verir ki, şənbə günü etirazçılar Almaniyanın koronavirus pandemiyası ilə mübarizə siyasətinə qarşı çıxıblar.

Mərkəzi Fridrixştrasse küçəsində təxminən 18 min insan yığılıb. Bu, bu cür nümayişlərin ən irilərindəndir.

Etiraz aksiyalarının təhlükəsizliyini 3 min polis əməkdaşı təmin edirdi. Həmçinin mitinqin keçirildiyi əraziyə su şırnaqları da cəlb edilmişdi.

Polis etirazçıları sosia məsafə saxlamağa və maska taxmağa səsləsə də, buna, demək olar ki, əməl edilməyib. Etirazlar dinc şəkildə bitsə də, polis azı 7 nəfəri tutub.

Təhlükəsizlik tədbirlərinin gözlənilməməsinə görə şəhərin polis idarəsi mitinq təşkilatçılarını məhkəməyə vermək niyyətindədir.

Xəbəri paylaş

VİDEOLAR