Belçika şahzadəsi karantində görə cərimələndi

Belçika şahzadəsi karantində görə cərimələndi

Belçika şahzadəsi İspaniyada karantin qaydalarını pozduğuna görə 10.400 avro cərimələnib.

Rasthaber Azərbaycan BBC-yə istinadən xəbər verir ki, Belçika şahzadəsi İspaniyada karantin qaydalarını pozduğuna görə 10.400 avro cərimələnib.

Şahzadə Joachim-ə ölkəyə gəldikdən sonra 14 günlük karantində qalmaq qaydasına əməl etmədiyi üçün cəza verilib.

28 yaşlı şahzadə mayın 24-də təcrübə keçmək üçün İspaniyaya gedib, lakin iki gün sonra ölkənin cənubundakı Cordoba şəhərində bir məclisdə iştirak edib.

O, buna görə üzr istəyib.

"Mən hərəkətlərimdən çox təəssüflənirəm" - şahzadə ötən ayın sonlarında İspaniya mətbuatında onun iştirak etdiyi məclis haqqında yayımlanan xəbərlərin ardından deyib. O əlavə edib ki, hərəkətlərinin "nəticələrini qəbul edəcək".

Xəbəri paylaş

VİDEOLAR