Belarus prezidenti Aleksandr Lukaşenko bildirib
Rasthaber Azərbaycan STV-a istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, “sonuncu polis və həkim “Lukaşenko, vəssalam, sən öz işini gördün” deyənədək” Belarus uğrunda “vuruşacaq”.
“Hər şeyi siz (vətəndaşlar – red.) həll edəcəksiniz. Söz verirəm, hər şeyi siz həll edəcəksiniz. Heç kəsin “Lukaşenko konstitusiyanı özünə uyğunlaşdırır” deməsinə inanmayın”, – deyə o, qeyd edib.
Üstəlik o, əlavə edib ki, “heç kəs Lukaşenkonun fəaliyyətini dayandırdığını – hər şeyi atıb getdiyini də düşünməsin”.
“Sonuncu əsl polis və həkim “Vəssalam, Lukaşenko, sən öz işini gördün” deməyincə mən bu ölkə uğrunda savaşacağam”, – deyə Lukaşenko bildirib.