Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin sərhədlərinin bağlanması haqqında açıqlama verib.
Sərhədlər Polşa və Litva ilə bağlanacaq. Belarus lideri vurğulayıb ki, bu qərar məcburiyyət ucbatından qəbul edilib.
Qonşu ölkələrin Belarusda seçki nəticələrini tanımadığını xatırladan Lukaşenko Venesuela ssenarisinin ölkəsində tətbiq olunmasına cəhd edildiyini deyib.
Lukaşenko Belarusa xarici müdaxilənin Polşa, Litva və Ukraynadan gəldiyini irəli sürüb və Avropa Parlamentinin Belarusdakı Prezident seçkilərinin nəticələrini tanımamaq qərarını tənqid edərək, "Ölkəmizdə konstitusiya və qanunlara uyğun olaraq seçki keçirildi. Seçkiləri tanımağınıza ehtiyacımız yoxdur. Seçkilər qanuni şəkildə keçirildi" deyib.
Kənardan Belarusa müdaxilə edənlərin sonrakı dövrdə nə edə biləcəklərini bilmədiklərini söyləyən Lukashenko əlavə deib ki, isti bir müharibəyə başlamazdan əvvəl bilirik ki, onların əlində çox az taktikalar var. Buna görə qoşunları daşımalı və ordunun yarısını müharibəyə hazır vəziyyətə gətirməliyik. Dövlətin sərhədlərini Qərbə, xüsusən Polşa və Litvaya bağlamalıyıq. Çox kədərlənərək qardaş Ukrayna ilə sərhədlərin təhlükəsizliyini gücləndirməliyik.
İsti müharibənin əleyhinə olduğunu vurğulayan Lukaşenko "Dəhşətli bir fəlakətin astanasındayıq. Əgər onlar (Avropa) buraya gəlsələr, cavab vermək məcburiyyətində qalacağıq. Tək olsaq da diz çökməyəcəyik" ifadələrdən istifadə edib.
9 avqustda Belarusda keçirilmiş prezident seçkilərində hazırkı prezident Aleksandr Lukashenko qalib gəldikdən sonra seçkilərdə saxtakarlıq edildiyi iddiaları ilə etirazlar başlayıb.