Belarus İranla məhkumların təhvil verilməsi haqqında Sazişi ratifikasiya edib

Belarus İranla məhkumların təhvil verilməsi haqqında Sazişi ratifikasiya edib

Belarusda olan iranlı məhbuslar cəzalarının qalan hissəsini vətənlərində çəkə biləcəklər.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, xəbər verir ki, bu barədə Belarus Prezidenti Alaeksandr Lukaşenkonun imzaladığı qanun layihəsində bildirilib.

Sentyabrın 19-da qəbul edilmiş qanunda deyilir: “Belarus Respublikası ilə İran İslam Respublikası arasında azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin cəzalarının ölkələrində davam etdirilməsi barədə razılıq əldə olunub. Bu 2023-cü il martın 13-də Tehran şəhərində imzalanmış sazişə əsasən təsdiq edilir”.

Məhkumun təhvil verilməsi haqqında sorğu həm hökm çıxaran dövlətdən, həm də icraçı dövlətdən gələ bilər. Məhkumun köçürülməsi prosedurunun başlanması üçün məhkumun yaxın qohumlarının, qanuni nümayəndəsinin və ya vəkilinin ərizəsi əsas ola bilər.

Xəbəri paylaş

VİDEOLAR