Belarus höküməti istefa verərək səlahiyyətlərini Lukaşenkoya təhvil verdi

Belarus höküməti istefa verərək səlahiyyətlərini Lukaşenkoya təhvil verdi

Belarus hökuməti yenidən seçilmiş prezident qarşısında səlahiyyətlərini təhvil verib.

Rasthaber Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, Belarus hökuməti yenidən seçilmiş prezident qarşısında səlahiyyətlərini təhvil verib. Bu, Nazirlər Şurasının 15 avqust 480 nömrəli qərarı ilə nəzərdə tutulub.

Sənədə əsasən, Konstitusiyanın 106-cı maddəsinə, “Belarus Respublikasının Nazirlər Şurasına Dair” 2008-ci il 23 iyul tarixli 9-cu maddənin 424-3 nömrəli qanununa uyğun olaraq, Belarus hökuməti yenidən seçilmiş prezident qarşısında səlahiyyətlərini təhvil verib.

Qərar qəbul edildiyi gündən qüvvəyə minir.

Xatırladaq ki, daha öncə Belarus prezidenti Aleksandr Lukaşenko hökumətin gələcək işlərinə dair sənədlərin operativ şəkildə hazırlanmasını tapşırıb. O qeyd edib ki, hökumət əsas etibarı ilə formalaşıb. Bununla yanaşı o əlavə edib ki, hər hansısa nüanslar ola bilər.

Xəbəri paylaş

VİDEOLAR