Bayramov və Lavrov üçtərəfli bəyanatın icrasını müzakirə etdilər

Bayramov və Lavrov üçtərəfli bəyanatın icrasını müzakirə etdilər

Noyabrın 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Az.rasthaber.com xəbər verir ki, nazirlər 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın bir ilinin tamam olması astanasında birgə bəyanatın icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyi ilə bağlı fikir mübadiləsi aparıblar.

Xəbəri paylaş

VİDEOLAR