ABŞ prezidenti Co Baydenin amerikalılar arasında populyarlığı onun andiçmə mərasimindən sonra ən aşağı həddə düşüb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu "Gallup" sosioloji xidmətinin cümə günü dərc etdiyi araşdırmanın nəticələri sübut edir.
Məlumata görə, Baydenin dövlət başçısı kimi fəaliyyəti respondentlərin 38%-i tərəfindən bəyənilib. Sorğuda iştirak edənlərin 59%-i əks fikirdə olub. Respondentlərin yerdə qalan hissəsi suala cavab verməyib.
Tədqiqatçıların fikrincə, bu, Baydenin 2021-ci ilin yanvarında andiçmə mərasimindən bəri "Gallup" sorğularında qeydə alınan ən aşağı göstəricisidir.