Baydenin komandasının davranışı jurnalistləri qəzəbləndirib

Baydenin komandasının davranışı jurnalistləri qəzəbləndirib

ABŞ prezidenti Co Baydenin komandası Ağ Evdə brifinqdə iştirak edən jurnalistlərə müraciət edərək, onlardan verəcəkləri sualları əvvəlcədən təqdim etmələrini istəyib.

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə “The Daily Beast” portalı yazıb.

Bu halın dəfələrlə baş verdiyi vurğulanır. Jurnalistlər isə administrasiyanın belə davranışından çox narahat olublar və buna etirazlarını bildiriblər.

Maraqlıdır ki, Baydenin komandasında bu iddiaları təkzib etməyiblər və bildiriblər ki, bu, mətbuatla əlaqələrin yaxşılaşdırılması üçün edilib.

Qeyd edək ki, Baydenin reytinqi prezidentliyinin ilk günləri ilə müqayisədə 2 faiz aşağı enib.

Xəbəri paylaş

VİDEOLAR