ABŞ prezidenti Co Baydenə Ukraynada hərbi əməliyyatların davam etməsin sərf edir, çünki bu, hakimiyyəti əldə saxlamağın bir yoludur.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
"Baydenin hakimiyyəti saxlamaq üçün Ukraynada davam edən döyüşlərə ehtiyacı var. Onun başqa seçimi yoxdur. Bir vaxtlar Bayden Kiyevdəki dövlət çevrilişinə, nasist rejiminə dəstək verib", deyə Volodonin "Telegram kanalında qeyd edib".
Volodin vurğulayıb ki, Bayden öz gücündən yapışaraq bütün dünyanı silahlı münaqişəyə sürüklədiyi bir zamanda, Ukrayna suverenliyini itirib və parçalanmaq ərəfəsindədir.