Bayden Türkiyəyə yeni səfir namizədini açıqladı

Bayden Türkiyəyə yeni səfir namizədini açıqladı

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Co Bayden, keçmiş respublikaçı senator Jeff Flake-i ölkəsinin Ankara səfiri vəzifəsinə namizəd göstərib.

Az.rasthaber.com trthaber-ə istinadən xəbər verir.

Ankara səfiri namizədi göstərilən Flake açıqlamasında: “ABŞ-ın uzun müddətdir müttəfiqimiz olan Türkiyə Respublikası ilə münasibətlərinin strateji əhəmiyyəti nəzərə alındıqda, belə önəmli vəzifəyə namizəd göstərilməkdən və mənə duyulan etimaddan qürur duyuram”.

Namizədliyinin hər iki ölkə üçün belə bir dövrdə əhəmiyyətli tapşırıq olduğunu ifadə edən Flake, həyat yoldaşı Cheryl ilə Türkiyənin fövqəladə insanları ilə tanış olmağı səbirsizliklə gözlədiyini vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR