Bayden bunu canlı yayımlanan ilk debatlar zamanı deyib.
Rasthaber Azərbaycan “CBS News”-ə istinadən xəbər verir ki, Demokrat partiyasından ABŞ prezidentliyinə namizəd Co Bayden hazırkı ABŞ prezidenti Donald Trampı Rusiya prezidenti Vladimir Putinin “küçüyü” adlandırıb.
Bayden bunu canlı yayımlanan ilk debatlar zamanı deyib.
Onun sözlərinə görə, Tramp Putinə “ABŞ əsgərlərinin başına təyin edilmiş mükafat barədə” bir şeyə deyə bilmir. Bayden bu cür – bir müddət öncə “The New York Times”-də dərc olunan və Rusiyanın Əfqanıstandakı silahlılara bu ölkədəki ABŞ əsgərlərinin qətlinə görə pul təklif etməsi iddiasını şərh edib.
Tramp isə tənqidə cavab olaraq bildirib ki, Co Baydenin oğlu Hanter Bayden Moskvanın eks-meri Yuriy Lujkovun arvadı Yelena Baturinadan pul alıb. Co Bayden isə bu məlumatları yalan adlandırıb.
Həmçinin Bayden Trampa səsini kəsməyi də təklif edib. Debatlar zamanı Tramp dəfələrlə Baydenin sözünü kəsib. “Sən ağzını yumacaqsan? Bu, prezidentsayağı deyil”, – deyə Bayden etiraz edib.