Cozef Bayden teledebatların birinci raundunda öz rəqibi Donald Trampı kloun adlandırdığına görə təəssüf edir.
Rasthaber Usa Today-a istinadən xəbər verir ki, Demokratik Partiyadan ABŞ prezidentliyinə namizəd Cozef Bayden teledebatların birinci raundunda öz rəqibi Donald Trampı kloun adlandırdığına görə təəssüf edir.
“Onu kloun adlandırmağın yerinə, mən gərək deyərdim ki, bu, təlxəklikdir”, – deyə o bildirib və bununla bağlı təəssüfünü ifadə edib.
Bayden qeyd edib ki, debatlar zamanı Trampı özünü moderatora münasibətdə necə ehtiramla aparmağa və “hər kəsə danışmaq imkanı verməyə” məcbur edə biləcəyi barədə düşünməyə çalışırdı.
“Bircə bu, aydın idi ki, o, heç bir suala mahiyyəti üzrə cavab vermədi. O, heç mahiyyəti üzrə danışmağa da hazırlaşmırdı”, – deyə Bayden əlavə edib və xatırladıb ki, Tramp onun və moderator Kris Vollesin sözünü 158 dəfə kəsib.
Xatırladaq ki, prezident seçki kampaniyası çərçivəsindəki debatların ilk raundunda rəqiblər müzakirələrin başlamasından 10 dəqiqə sonra şəxsiyyətlərə keçiblər. Bayden Trampa gah “səsini kəsməyi” məsləhət görüb, gah onu “hürməyə” davam etməyə səsləyib və bundan başqa, onu “kloun” və “yalançı” adlandırıb.
Tramp isə cavab olaraq Baydenin əqli bacarıqlarını sual altına qoyub və deyib ki, Bayden təxminən yarıməsrlik siyasi fəaliyyəti zamanı vətəndaşlar üçün faydalı heç nə etməyib.