Amerika Birlәşmiş Ştatları prezidenti Co Bayden Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanı İqlim sammitinә dәvәt edib.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Co Bayden administrasiyası 22-23 aprel tarixlәrindә onlayn qaydada keçirilәcәk iqlim sammiti ilә bağlı bәyanat verib.
Mәlumata әsasәn, Bayden Rәcәb Tayyib Әrdoğan ilә yanaşı, Rusiya prezidenti Vladimir Putin vә Çin prezidenti Şi Cimpinq daxil olmaqla 40 dövlәtin liderini sammitә dәvәt edib.
Mәlumatda liderlәr sammitindә iqlim dәyişikliyi ilә daha güclü mübrizәnin aparılmasının vacibliyi vә iqtisadiyyata olan töhfәlәrinin müzakirә olunacağı bildirilib.
Xatırladaq ki, Amerika Birlәşmiş Ştatlarının keçmiş prezidenti Donald Tramp 2017-ci ilin iyun ayında ölkәsinin Paris İqlim Müqavilәsindәn çıxacağını açıqlamışdı. ABŞ 2019-cü ilin 4 noyabır tarixindә müqavilәdәn çıxmışdı.