Bayden növbəti dəfə salamlaşmaq üçün boşluğa əl uzadıb

Bayden növbəti dəfə salamlaşmaq üçün boşluğa əl uzadıb

ABŞ prezidenti Baydenin, qatıldığı tədbirdə çıxış etdikdən sonra boş havaya görüşmək üçün əl uzatması gündəm olub.

Az.rasthaber.com xəbər verir ki, ABŞ prezidenti Co Baydenin ətrafda heç kim olmadığı halda, görüşmək üçün havaya əl uzatdığı görüntülər sosial mediada paylaşılıb.
Yayımlanan görüntülərdə Baydenin Vaşinqtonda bir tədbirdəki çıxışından sonra, kürsüdən enərkən əl sıxırmış kimi jestlər etdiyi, lakin ətrafda heç kimin olmadığı görülüb.
Çaşqınlıq içində bir müddət əl sıxmağa adam axtaran Baydenin daha sonra səhnədən uzaqlaşdığı görülüb.

Xəbəri paylaş

VİDEOLAR