ABŞ-ın yeni seçilmiş prezidenti sabah bunu açıqlayacaq
ABŞ-ın yeni seçilmiş prezidenti, demokrat Cozef Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsinə namizədini dekabrın 25-dən sonra açıqlayacaq.
Rasthaber "Trend"ə istinadən verdiyi məlumata görə, C.Bayden bu vəzifəyə Devid Koen, Tom Donilon, Lisa Monako və Darrel Blokeri təklif edə bilər.
Bildirilir ki, C.Bayden öz administrasiyasında bir çox vəzifəyə, o cümlədən ədliyyə naziri, əmək naziri və ticarət naziri vəzifələrinə namizədlərini açıqlamayıb.