Bayden İrana sanksiyaların vaxtını 1 il uzatdı

Bayden İrana sanksiyaların vaxtını 1 il uzatdı

ABŞ Prezidenti Bayden vəzifəyə gəldikdən sonra fevralın 4-də ilk xarici siyasət nitqini söyləyib.

ABŞ Prezidenti Cozef Bayden İrana qarşı 1995-ci ildə Bill Klinton rəhbərliyi dövründə tətbiq edilən sanksiyaları daha bir il müddətinə uzatıb.

Rasthaber Azərbaycan Trend-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin press-relizində deyilir.

C.Bayden artıq ölkə Konqresinəə 1995-ci ildə İrana qarşı "fövqəladə vəziyyət" rejimini bir il uzatdığına dair bildiriş göndərib.

Bildiriş ABŞ hökumətinin rəsmi sənədlər toplusu olan Federal reyestrdə dərc ediləcək.

Xəbəri paylaş

VİDEOLAR