Bayden də Trampın yolundan getdi: İrana qarşı sanksiyalar ləğv olmayacaq

Bayden də Trampın yolundan getdi: İrana qarşı sanksiyalar ləğv olmayacaq

ABŞ Prezidenti Co Bayden Tehranın uran zənginləşdirilməsini İranın nüvə silahları inkişaf etdirməsinin qarşısını almaq məqsədi ilə 2015-ci ildə imzalanan beynəlxalq müqavilədə qəbul edildiyi səviyyəyə endirmədiyinə qədər İrana qarşı tətbiq olunan iqtisadi sanksiyaları ləğv etməyəcəyini bildirib.

Rasthaber Azərbaycan xəbər verir ki,  Bayden Birləşmiş Ştatların İranla keçmiş prezident Donald Trampın ABŞ-ı çıxardığı nüvə razılaşmasına yenidən qoşulmasını istədiyini desə də, sanksiyaların ləğv edilməyəcəyini bildirib.

CBS News proqramında yayımlanan müsahibədə Bayden İranı yenidən danışıqlara qaytarmaq üçün ABŞ-ın ilk olaraq sanksiyaları ləğv edib-etməyəcəyi haqda suala “xeyr” cavabını verib.

Xəbəri paylaş

VİDEOLAR