"Fox News"un köşə yazarı Duqlas Mürrey bildirib ki, amerikalılar ABŞ prezidenti Co Baydenin ölkədə yanacağın qiymətinin kəskin bahalaşmasına görə Rusiya prezidenti Vladimir Putinin məsuliyyəti ilə bağlı açıqlamalarına inanmırlar.
Mürreyin sözlərinə görə, son altı ayda prezident administrasiyası ABŞ-ın bütün problemlərini Putinin üzərinə yıxmağa çalışsa da, “amerikalılar buna inanmır”.
Az.rasthaber.com-un SalamNews-a istinadla verdiyi xəbərə görə, Mürrey onu da xatırladıb ki, Bayden Kanadadan gələn neft kəmərinin qarşısını kəsib və nəticədə “bütün dünyanı gəzərək, başqalarından bizə neft vermələri üçün yalvarmağa” məcbur olub.