Baş məşqçi oyunçusuna sillə vurdu - VİDEO

Baş məşqçi oyunçusuna sillə vurdu - VİDEO

"Qrosetto" – "Monterosi" matçında qeyri-adi hadisə baş verib.

İtaliya D seriyasında "Qrosetto" – "Monterosi" matçında qeyri-adi hadisə baş verib.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, ev sahibi komandanın baş məşqçisi Lamberto Maqrini öz futbolçusunu vurub. Buna səbəb isə oyunçunun əvəzləndiyi üçün etiraz etməsi olub.

Baş məşqçi etdiyi hərəkətə görə hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırılaraq oyundan kənarlaşdırılıb. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, 24 turdan sonra "Qrosetto" 48 xal toplayaraq liderliyə yüksəlib. "Monterosi"nin aktivində 47 xal var. Komanda turnir cədvəlində ikinci yerdə qərarlaşıb.

Xəbəri paylaş

VİDEOLAR