"Sinvarın seçilməsi HƏMAS-da ümid, birlik və nüfuzu bəyan edir".
Az.rasthaber.com xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər naziri vəzifəsini icra edən Yəhya Sinvara ünvanladığı məktubda onu HƏMAS-ın Siyasi Ofisinin yeni rəhbəri seçilməsi münasibətilə təbrik edib, hazırkı həssas dövrdə bu seçimi HƏMAS hərəkatı, Fələstin xalqı və müqavimət oxu üçün ümid, birlik, nüfuz və qələbə kimi qiymətləndirib, sionist rejim və onun beynəlxalq havadarlarının terror, işğal və təcavüz siyasətinin çarəsizliyi və uğursuzluğunun ifadəsi hesab edib.
Ölkəmizin Xarici İşlər naziri vəzifəsini icra edən Əli Baqirinin HƏMAS-ın Siyasi Ofisinin yeni rəhbərinə ünvanladığı məktubun mətnində deyilir: “Sizi başıuca şəhid və yorulmaz mücahid Şeyx İsmayıl Həniyyənin yerinə Fələstin İslami Müqavimət Hərəkatı - HƏMAS-ın Siyasi Ofisinin rəhbəri seçilməyiniz münasibətilə təbrik edir, Fələstin xalqının məqsədlərinin və uca ideallarının həyata keçirilməsi yolunda, başlıca olaraq işğalın aradan qaldırılması, Fələstin və Qüds şəhərinin tam azadlığı yolunda Subhan Allahdan sizin üçün sağlamlıq, müvəffəqiyyət və iqtidar diləyirəm. Hazırkı həssas dövrdə bu seçim həm HƏMAS hərəkatı, qəhrəman Fələstin xalqı və müqavimət oxu üçün ümid, birlik, iqtidar və qələbədir, həm də sionist rejim və onun beynəlxalq havadarlarının terror, işğal və təcavüz siyasətinin çarəsizliyini və uğursuzluğunu bəyan edir.”