Baqiri: Livan sionistlər üçün geri dönüşü olmayan cəhənnəmə çevriləcək

Baqiri: Livan sionistlər üçün geri dönüşü olmayan cəhənnəmə çevriləcək

İranın Xarici İşlər naziri vəzifəsinin icraçısı sionistlərin Livanla bağlı yaxşı xatirələrinin olmadığına və bu rejimin məğlubiyyət prosesinin Livandan başladığına toxunaraq xəbərdarlıq edib: “Əgər sionistlərin ağlı olsa, özlərini Qəzzə çuxurundan Livan quyusuna atmazlar.”

Az.rasthaber.com xəbər verir ki, Əli Baqiri İraqın milli təhlükəsizlik rəhbəri Qasim əl-Ərəci ilə görüş və müzakirədən sonra bu İraq rəsmisi ilə birgə mətbuat konfransında iştirak edib.


Əli Baqiri mətbuat konfransında deyib: “Bəziləri müharibənin Qəzzədən Livanın cənubuna yayılmasından narahatlığını bildirir, lakin sionistlərin Livanla bağlı yaxşı xatirələri yoxdur. Bu rejimin məğlubiyyətə uğraması prosesi Livandan başlayıb. 2000 və 2006-cı illərdə inanılmaz uğursuzluqlar yaşadılar.”

Sionistlərin ağlı olsa, özlərini Qəzzə çuxurundan Livanın quyusuna atmazlar deyə, bildirən Xarici İşlər nazirinin vəzifəsinin icraçısı vurğulayıb: “Livan sionistlər üçün geri dönüşü olmayan cəhənnəmə çevriləcək. Ağılları olsa, Livanı bir daha sınamazlar.”

Xəbəri paylaş

VİDEOLAR