Xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri X (keçmiş Twitter) sosial şəbəkəsindəki istifadəçi hesabında yazdığı mesajda İranın sionist rejimin cavabdeh olmasında qətiyyətinin ciddi olduğunu vurğulayıb.
Az.rasthaber.com xəbər verir ki, Baqiri mesajında yazıb: Bu gecə (şənbə gecəsi) İordaniya və Misirin xarici işlər nazirləri ilə son 48 saat ərzində ikinci telefon danışığımız olan telefon zənginə cavab verərək, regionda gedən proseslərlə bağlı fikir mübadiləsi apardıq və hər üçümüz region ölkələri arasında məsləhətləşmələrin davam etdirilməsini vurğuladıq.
O əlavə edib: Qərbi Asiya regionunda vəziyyət Təl-Əvivdə hökmranlıq edən cinayətkar dəstənin cinayətləri və təhlükəli macəralarının davam etməsi səbəbindən xüsusilə həssasdır.
Baqiri bəyan edib ki, regionun müsəlman ölkələri Qəzzada soyqırımın davam etməsinin və sionist rejimin regionda təcavüzünün genişlənməsinin qarşısını almaq üçün vahid və qəti mövqe tutmalı olduğunu və koordinasiyalı tədbirlər görməli olduqlarını və İranın bu rejimdən cavabdehlik tələb etmək əzminin ciddi olduğunu vurğulayıb.