Banqladeşdə məsciddə namaz vaxtı partlayış

Banqladeşdə məsciddə namaz vaxtı partlayış

Nəticədə 11 nəfər həyatını itirib. 50 nəfər isə xəsarət alıb.

Rasthaber xəbər verir ki, Banqladeşdə yerləşən məscidlərdən birində partlayış baş verib.

İnsident Narayanqanc şəhərində baş verib.

Hadisəyə səbəb 6 kondisionerin partlaması olub.

Nəticədə 11 nəfər həyatını itirib. 50 nəfər isə xəsarət alıb.

Həkimlərin məlumatına görə, yaralıların çoxunun tənəffüs yolu zədələnib, həmçinin bədənlərinin 30%-dən çox hissəsi yanıq xəsarətləri alıb.

İnsident baş verən zaman məsciddə namaz qılınırdı. Partlayış nəticəsində məscidin pencərələri qırılıb, tavanda quraşdırılmış ventilyatorlar yanıb.

İlkin versiyaya əsasən, partlayışa səbəb qaz borusundakı sızmadan sonra toplaşmış qaz olmuş ola bilər.

Həlak olanların ailələrinə və yaralılara təzminat ödəniləcək.

Xəbəri paylaş

VİDEOLAR