Bakıda yaşayan iranlılar prezident seçkilərində iştirak edirlər - FOTO

Bakıda yaşayan iranlılar prezident seçkilərində iştirak edirlər - FOTO

Bakıdakı İran vətəndaşları yeni prezidentlərinə İran İslam Respublikası Səfirliyinin nəzdindəki Təhsil Kompleksinin binasında səs verirlər

İranda ölkə tarixində on üçüncü prezident seçkisi keçirilir. Bu ölkənin Seçki Qərargahından verilən məlumata görə, səsvermədə 59,3 milyon İran vətəndaşının iştirak edəcəyi gözlənilir.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, cümə günü, səhər saat 10:00-dan etibarən İranın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə səsvermə iki seçki məntəqəsində – Bakı və Naxçıvanda başladı. İranlılar Bakıda İran İslam Respublikası Səfirliyinin nəzdindəki Təhsil Kompleksinin Xətai rayonu, 8 Noyabr prospekti- 14 ünvanında yerləşən binasında səs verirdilər. İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi, Ayətullah Xameneinin Azərbaycandakı təmsilçisi Seyid Ocaq Nejad və diplomatlar ilk səs verənlərin arasında idi.

Xəbəri paylaş

VİDEOLAR