Paytaxtın Xəzər rayonun Şüvəlan qəsəbəsində silahlı insident zamanı həlak olan polislərin adları məlum olub.
Az.rashaber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qətlə yetirilənlərdən biri polis kapitanı Eldəniz Məmmədov, digərləri isə polis serjantları Mahir Ağayev və Mirəli Heydərovdur.
Qeyd edək ki, keçmiş məhkum, 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev iyunun 24-də polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib. Belə ki, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq üç polis əməkdaşını və bir mülki vətəndaşı qətlə yetirib. R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.