Bağdadın Sədr bölgəsində terror aktı törədilib

Bağdadın Sədr bölgəsində terror aktı törədilib

İraq hökumətinə bağlı Təhlükəsizlik Media Şəbəkəsi məlumat yayıb

Rastahber Azərbaycan xəbər verir ki, İraqın paytaxtı Bağdadın şərqində bomba yüklənmiş avtomobiln partladılması nəticəsində 5 nəfər dünyasını dəyişib.

Yerli hüquq mühafizə orqanlarının bildirdiyinə görə, terror aktı zamanı 21 nəfər də yaralanıb.

İraq hökumətinə bağlı Təhlükəsizlik Media Şəbəkəsi bildirib ki, terror aktı Bağdadın Sədr bölgəsinin Habibiyə məntəqəsində maşına yerləşdirilmiş partlayıcının işə salınması ilə həyata keçirilib.

Terror aktının İŞİD tərəfindən törədildiyi ehtimal olunur.

Xəbəri paylaş

VİDEOLAR