Bağdaddakı terrorun təşkilatçısı məhv edilib

Bağdaddakı terrorun təşkilatçısı məhv edilib

Iraqda beynəlxalq koalisiya qüvvələrinə məxsus aviasiya Bağdad bazarında törədilmiş terror hücumunun təşkilatçısını məhv edib.

Bu barədə İraqın Baş nazirinin hərbi məsələlər üzrə nümayəndəsi general Yəhya Rəsul “Twitter” səhifəsində açıqlama verib.

  “Beynəlxalq koalisiyanın aviasiyası terrorçuların olduğu yerlər haqqında məlumat əldə edib. Bağdadın qərbindəki Əbu-Qreyb bölgəsinə hava hücumu təşkil olunub, nəticədə Cənubi İraqda silahlıların fəaliyyətinə rəhbərlik edən terrorçu Cabbar Əli Fəyyad öldürülüb”, - deyə açıqlamada qeyd olunub.  

Bundan başqa, hücumunun olduğu yerə iki kamikadze üçün nəqliyyatı təmin edən terrorçu da məhv edilib.

APA

Xəbəri paylaş

VİDEOLAR