İraqın paytaxtı Bağdadda pilotsuz uçuş aparatının (PUA) İraq ordusuna aid Taci Hərbi Bazasında bir nöqtəni hədəf aldığı bildirilib.
Az.rashaber.com xəbər verir ki, Bağdad Əməliyyatlar Komandanı general-leytenant Valid əl-Təmimi ölkənin rəsmi xəbər agentliyi olan İNA-ya məsələ ilə bağlı açıqlamalar verib.
Təmimi, naməlum PUA-nın Taci Hərbi Bazasında bir nöqtəni hədəf aldığını bildirib və hücumda itki olmadığını bildirib.
Temimi hadisə ilə bağlı təfərrüatların daha sonra açıqlanacağını bildirib.
Bəzi yerli KİV-lər hücumun bazadakı Fransa istehsalı olan radarı hədəf aldığını iddia edib.