Bağdadda xəstəxanada partlayış: Ölən və yaralılar var

Bağdadda xəstəxanada partlayış: Ölən və yaralılar var

Bağdad şəhərinin cənubunda koronaviruslu xəstələr üçün xəstəxanada partlayış və yanğın baş verib.

İraqın paytaxtı Bağdad şəhərinin cənubunda koronaviruslu xəstələr üçün xəstəxanada partlayış və yanğın baş verib.

Trend-in "Baghdad Al Youm" portalına istinadən verdiyi məlumata görə, partlayış və yanğın nəticəsində azı 28 nəfər həlak olub, 50 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, hadisə yerinə 20-dən artıq yanğınsöndürən briqada cəlb edilib. Yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Bildirilir ki, ölən və yaralananların sayı arta bilər.

Xəbəri paylaş

VİDEOLAR