Bağdad Hava Limanına hücum həyata keçirilib

Bağdad Hava Limanına hücum həyata keçirilib

İraqın paytaxtı Bağdaddakı Beynəlxalq Hava Limanına 3 pilotsuuz uçuş aparatı ilə hücum təşkil edilib.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, İraq hökuməti yayında təhlükəsizlik media xidmətindən yayılan açıqlamada bu barədə məlumat verilib. Bildirilib ki, Beynəlxalq Bağdad Hava Limanına hücum pilotsuz uçuş aparatlar vasitəsi ilə həyata keçirilib.

İraqda sabitliyi pozmağa çalışanların cəzasıaz qalmayacaqları ifadə edilən açıqlamada hücum nəticəsində təxribat olub olmadığına dair məlumat verilməyib.

İraqın Səlahəddin vilayətindəki Beled Hərbi Bazasına da 3 raket atıldığı ancaq itki olmadığı bildirilib.

Qeyd edək ki, Amerika əsgərlərinin qaldıqları baza da Beynəlxalq Bağdad Hava Limanında yerləşir.

Xəbəri paylaş

VİDEOLAR