Bağdad Beynəlxalq Hava Limanı havadan hücuma məruz qalıb.
Az.rasthaber.com "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə İraq təhlükəsizlik orqanlarındakı mənbələrdən məlumat verilib.
"Azı 6 raket vurulub və (onlar) uçuş-eniş zolağı rayonuna düşüb", - deyə qeyd edilib.
Hücum yerli vaxtla 4:30-da baş verib. Raketlər HHM sistemləri tərəfindən tutulub.
Nəticədə dayanacaqda duran təyyarəyə ziyan dəyib. Təqdim edilən görüntülərdə, təyyarənin ön tərəfinin deşildiyi görünür.
İnsidentin təfərrüatları müəyyən edilir.