BAEA-nın ekspert qrupunun İrana səfəri başlayıb

BAEA-nın ekspert qrupunun İrana səfəri başlayıb

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) ekspertlər qrupunun İranın üç elan edilməmiş obyektində zənginləşdirilmiş uran hissəciklərinin mənşəyinə dair araşdırma aparmaq üçün Tehrana səfəri başlayıb.

Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

“Beynəlxalq Atom Enerjisi Agentliyinin beş nəfərdən ibarət nümayəndə heyəti İranın Atom Enerjisi Təşkilatı və Xarici İşlər Nazirliyi ilə yeni danışıqlar aparmaq üçün Tehrana gəlib”, - məlumatda deyilir.

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami dekabrın 14-də bildirib ki, BAEA nümayəndələri yaxın vaxtlarda Tehrana səfər edəcəklər. Həmin gün “Əl-Ərəbiyyə” telekanalı BAEA-nın rəsmi nümayəndəsinin bəyanatına istinadən xəbər verib ki, agentliyin ekspertləri dekabrın 18-də İrana gedəcəklər.

Bildirilib ki, səfər zamanı tərəflər İranın “Nüvə silahının yayılmaması haqqında” müqavilədə nəzərdə tutulan təminatlar üzrə öhdəliklərini yerinə yetirməsi ilə bağlı məsələləri müzakirə etmək niyyətindədirlər.

Xəbəri paylaş

VİDEOLAR