Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktoru Rafael Qrossi gələn həftə Tehrana səfər edəcək.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının mətbuat katibi Bəhruz Kamalvəndi bildirib.
B.Kamalvəndinin sözlərinə görə, R.Qrossi noyabrın 22-də Tehrana səfər edəcək. O, noyabrın 23-də İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami və İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian ilə görüşəcək.
Qeyd edək ki, daha əvvəl İran XİN-in sözçüsü BAEA-nın Baş direktorunun İrana səfərə dəvət olunduğunu bildirmişdi.