Əbu-Dabi və Təl-Əviv rejimi Afrika qitəsi üçün bəzi layihələrin həyata keçirilməsində əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Az.rasthaber.com xəbər verir ki, “İsrael Hayom” qəzetinin dərc etdiyi xəbərdə, işğal rejimi ilə BƏƏ-nin xarici əlaqələr departamentinin birlikdə həyata keçirəcəkləri layihələrə dair məlumat bazası hazırlama prosesində olduğu bildirilib.
Hesabatda layihələrin marketinqi üçün əlaqələrin qurulmasına çalışıldığı və həyata keçirilməsi tələb olunan layihələrin daha çox kənd təsərrüfatı, su, rabitə və rəqəmsal texnologiya sahələrində olduğu bildirilib.
Hesabatda qeyd olunub ki, əlaqələr iki tərəf arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində inkişaf edəcək.
Sionistlərə məxsus qəzetdə BƏƏ və işğal rejimi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilməsi planlaşdırılan layihələrin 6 Afrika ölkəsinə yönəldiyi bildirilib. Bu ölkələr Uqanda, Keniya, Nigeriya, Qana, Fil Dişi Sahili və Seneqaldır.
Qeyd edək ki, BƏƏ və işğalçı İsrail rejimi 20 sentyabr 2020-ci ildə ABŞ-da Ağ Evin bağçasında imzaladıqları münasibətlərin normallaşdırılması razılaşmasından sonra bir çox sahələrdə əməkdaşlığa dair yeni müqavilələr imzalayıb.