Bu barədə “Fly Dubai” şirkəti bildirib.
Rasthaber Report-a istinadən verdiyi xəbərə görə,Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə İsrail rejimi arasında birbaşa müntəzəm uçuşlar noyabrın 26-dan həyata keçiriləcək. “Al Arabiya” xəbər verir ki, bu barədə “Fly Dubai” şirkəti bildirib.
Şirkətin açıqlamasına görə, Dubay-Təl-Əviv xəttində (bir istiqamətdə) həftədə 14 uçuş həyata keçiriləcək. Hələlik “Fly Dubai” İsrail rejiminə uçuşlar həyata keçiriləcək yeganə BƏƏ hava yolu şirkətidir.
Xatırladaq ki, 20 oktyabr tarixində iki ölkə arasında hava nəqliyyatı bağlantısı, vizasız rejim, sərmayələrin qorunması, elm və texnologiya əməkdaşlığına dair sənədlər imzalanmışdı.
O cümlədən Ben Qurion Hava Limanından BƏƏ istiqamətində həftədə 28 müntəzəm uçuşun, habelə Ramon Hava Limanından Əbu-Dabi və Dubay hava limanlarında qeyri-məhdud sayda çarter uçuşlarının həyata keçirilməsi razılaşdırılıb.