BƏƏ Türkiyəyə İran üzərindən ticarət yolu açmaq niyyətindədir

BƏƏ Türkiyəyə İran üzərindən ticarət yolu açmaq niyyətindədir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhdi, şahzadə Məhəmməd bin-Zayed əl-Nahyanın noyabrın 24-də Türkiyəyə səfər edəcəyi gözlənilir.

Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla vəliəhd arasında təkbətək görüşün keçirilməsi nəzərdə tutulub.

Məlumata görə, bir müddət əvvəl R.T.Ərdoğanla Məhəmməd bin-Zayed əl-Nhyan arasında telefon danışığı olub.

Bildirilib ki, BƏƏ Türkiyəyə İran üzərindən ticarət yolu açmaq niyyətindədir. Bu, Süveyş kanalından keçərək 20 günlük Şarja-Mersin yolunu 6-8 günə enidə bilər. Görüşdə Əmirliyin Türkiyə iqtisadiyyatına sərmayə qoyması da müzakirə olunacaq.

Xəbəri paylaş

VİDEOLAR