"BƏƏ-nin üç ada ilə bağlı iddialarını dəstəkləməsi regionda sabitliyi pozacaq"

İran İslam İnqilabının Rəhbəri Ayətullah Xameneinin beynəlxalq əlaqələr üzrə müşaviri Əli Əkbər Vilayəti açıqlama verib.

Az.rasthaber.com xəbər verir ki, Əli Əkbər Vilayəti cümə axşamı Əl-Cəzirə telekanalına müsahibəsində deyib:

"İran İslam Respublikası heç vaxt Fars körfəzi ilə bağlı əsassız iddiaların həyata keçirilməsinə icazə verməyəcək.  

BƏƏ-nin üç adaya iddialarını davam etdirməsi regionun təhlükəsizliyini pozacaq. Biz qonşularımızla gərginlik və münaqişə istəmirik, torpaqlarımızın bütövlüyünə xələl gətirmədən sülhün əldə olunmasında israrlıyıq. 

İran İslam Respublikası regionun təhlükəsizliyinin birgə təmin edilməsində yüksək maraq və motivasiyaya malikdir və qonşuları ilə birlikdə bunu inkişaf etdirməyə hazırdır".

Ayətullah Seyid Əli Xameneinin beynəlxalq əlaqələr üzrə müşaviri Vilayəti Qərb ölkələrinə xəbərdarlıq edərək deyib:

Qərbə Fars körfəzi kimi həssas və təhlükəli bölgədə təxribat və gərginlik yaratmağı dayandırmağı tövsiyə edirik".

Xəbəri paylaş

VİDEOLAR