BƏƏ İsrail ilə normallaşmanın ildönümünü bayram kimi qeyd edib

BƏƏ İsrail ilə normallaşmanın ildönümünü bayram kimi qeyd edib

İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında imzalanan sülh sazişinin ikinci ildönümü münasibətilə bayram tədbiri keçirilib.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən bayram şənliyinə qatılan israilli ravvinlər halay rəqsi edib.

Tədbirlə əlaqədar verilən açıqlamada bildirilib:

"BƏƏ-nin birgəyaşayış mədəniyyəti və dini müxtəliflik yaratmaq üçün uzunmüddətli investisiyasının nümayişi olaraq bu tədbir milli qürur mənbəyidir".

Xəbəri paylaş

VİDEOLAR