BƏƏ ilə İsrail arasında sülh sazişinin imzalanacağı tarix açıqlandı

BƏƏ ilə İsrail arasında sülh sazişinin imzalanacağı tarix açıqlandı

Tədbirdə BƏƏ rəhbəri Məhəmməd bin Zeyd, həmçinin İsrailin Baş naziri Binyamin Netanyahu iştirak edəcək

Rasthaber Azərbaycan “Reuters”-ə istinadən xəbər verir ki, İsrail və BƏƏ rəsmiləri münasibətlərin normallaşdırılmasına dair təntənəli saziş imzalama mərasimində iştirak üçün Vaşinqtona gələcəklər.

Tədbir 15 sentyabrda baş tutacaq.

ABŞ prezidenti Donald Trampın məlumatına görə, tədbirdə BƏƏ rəhbəri Məhəmməd bin Zeyd, həmçinin İsrailin Baş naziri Binyamin Netanyahu da iştirak edəcəklər.

Xatırladaq ki, BƏƏ və İsrail arasında münasibətlərin normallaşması qərarı qəbul edilib. İki ölkə arasında hava nəqliyyatı açılıb. Bu addım ərəb və İslam dünyasında mənfi qarşılanıb.

Xəbəri paylaş

VİDEOLAR