BƏƏ-də hündürmərtəbəli binada güclü yanğın - VİDEO

BƏƏ-də hündürmərtəbəli binada güclü yanğın - VİDEO

Birləşmiş Ərəb Əmirliyində hündürmərtəbəli binada güclü yanğın olub

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja əmirliyinin Əl-Nəhd bölgəsində hündürmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

Rasthaber Azərbaycan  APA-ya  istinadən verdiyi xəbərə görə, bu barədə “Emirat Əl-Yaum” xəbər portalı məlumat yayıb.

Yanğın zamanı bina sakinləri təxliyə edilib. Yanğının söndürülməsinə bir neçə yanğınsöndürmə briqadası səlb edilib. Xilasedicilər mərtəbələri fərdi qaydada yoxlamaq üçün dronlardan istifadə ediblər.

BƏƏ Mülki Müdafiə Xidmətindən bildirilib ki, ilkin məlumata görə, yanğın zamanı tüstüdən zəhərlənən 7 nəfər xəstəxanaya yerləşdirilib. 

Xəbəri paylaş

VİDEOLAR